Paşinyan | impiçment prosedurunun iki addımlığında
“Bu gün müxalif “Ermənistan” fraksiyası baş nazirə qarşı etimadsızlıq səsverməsi üçün tələb olunan formanı fraksiyanın 28 üzvünün hamısının imzası ilə geri qaytarıb. İyunun 7-dən bu yana 34 deputat baş nazirə qarşı etimadsızlıq səsverməsi prosesinə qoşulub”, - Mamicanyan “Facebook” sosial şəbəkəsində paylaşım edib.
Təşəbbüskarların bəyanat layihəsində qeyd olunur ki, Paşinyan hökuməti üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə və dövlətin qarşısında duran problemlərə effektiv cavab verə bilməyib. “Şərəfim var” fraksiyasının fikrincə, baş nazir və onun hökuməti çox vaxt özləri yeni təhdidlərin yaranmasına səbəb olurlar.
Deputatların Paşinyana qarşı ittihamları arasında milli təhlükəsizlik strategiyasının həyata keçirilməməsi, “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınması prosesinin pozulması, dost ölkələrlə ikitərəfli münasibətlərin korlanması, demokratik prinsiplərin və insan haqlarının pozulması da var.
Xatırladaq ki, sentyabrın 26-da Ermnənistan mediası ölkədə hazırkı baş nazir Nikol Paşinyanın impiçmenti tələbi ilə etiraz aksiyasının başlanması barədə məlumat yayıb. Xəbərdə əllərində “Tək adamın idarəçiliyinin mümkünlüyünə yox” yazılmış plakat tutan Respublikaçılar partiyasının nümayəndələrinin parlament binasının qarşısına toplaşdıqları bildirilirdi.
Eyni zamanda, “Şərəfim var” partiyasından baş nazirliyə namizəd David Ambartsumyan bütün müxalifət qüvvələrini birləşməyə çağırıb.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Paşinyan impiçment təhlükə







Vaxtında, Aydın, Lazımlı!


